Loading...

Monge Adult Cat Dovşan Əti İlə Yetkin Pişiklər Üçün

In Stock (10 məhsul)
14.00Azn

Yetkin pişiklər üçün dovşan əti ilə quru yem Ətraflı oxu

Seçim

Bitib
Bitib
Brend: href="https://zoo28.az/catalog?brand=Monge">Monge
Kateqoriyalar: href="https://zoo28.az/catalog?category=Pisikler">Pişiklər / href="https://zoo28.az/catalog?subcategory=Quru-Yemler">Quru Yemlər href="https://zoo28.az/catalog?childcategory=">
Etiketlər:
Məhsul kodu: #4748

Məhsulun təsviri

 Monge Breeder Monoprotein rabbit– yetkin pişiklər üçün monoproteinli quru pəhriz yemidir. Bu yemin tərkibində olan dovşan əti  yeganə və asan həzm olunan heyvan zülalların mənbəyidir. Tək zülal mənbəli pişik yemi bu hallarda köməyinizə çata bilər:

  • allergiya problemləri
  • qida dözümsüzlüyü

Monoproteinli "çıxarılma" pəhrizi allergiyaya səbəb olan qida komponentini tapmaqda kömək edəcək. Dovşan əti–zülallar və faydalı mikromaddələr deposudur. Bu ət növü sağlam qidalanma üçün əla seçimdir. O səbəbdən ki, bu ət az miqdarda xolesterin ehtiva edir. Bundan əlavə, dovşan ətində optimal yağlılıq və kalori balansı qorunur. Bununla monj monoprotein pişik diyeti normal çəkinin saxlanılmasını təmin edir. Bu ət 90%-dək həzm olunur, dana ətində bu göstərici 62%-dir.

Dovşan əti B qrup vitaminləri, C vitamini (immunitet), nikotin turşusu və minerallar ilə zəngindir (kalsium, kobalt və s.). B qrup vitaminləri pişiyin bütün həyat sistemlərinə müsbət təsir göstərir. Onlar ürək-damar, sinir, immun, cinsi, dayaq-hərəkət və digər sistemlər üçün çox vacibdir. Bu yemin tərkibində dəmir səviyyəsi mal ətində olan göstəricidən daha yüksəkdir. Bununla monj pişik yemi anemiya xəstəliyin profilaktikası üçün də uyğundur. PP vitamini (nikotin turşusu) həzmi yaxşılaşdırır, dəri, tük və sinir siteminin sağlamlığını da dəstəkləyir. Omeqa 3 və Omeqa 6 yağlı turşuların optimal balansı tük və dərinin gözəlliyi və sağlamlığı üçün vacibdir. 

Monge Monoprotein rasionlarında olan  yeni nəsil X.O.S. (xylooligosaccharides) prebiotikləri optimal həzmi saxlamağa və ev heyvanının bədəninin ümumi güclənməsinə imkan verir. Məlum olduğu kimi, sağlam mədə-bağırsaq—sağlam orqanizm deməkdir.  

Tərkibi: dovşan (dehidratasiya edilmiş ət 26%, təzə ət 10%), düyü, qarğıdalı glüteni, kartof, hidrolizə edilmiş heyvan zülalı (qaraciyər), heyvan yağı (99,5% təmizlənmiş toyuq yağı), qurudulmuş çuğundur pulpası, pivə mayası, noxud lifi, minerallar , maya əlavə məhsulları (MOS [mannanoligosacharides] 1%), ksilooligosaccharides (XOS 0,3%), Yucca Schidigera (0,1%), bitki əlavə məhsulları (itburnu 0,1%).


Texniki xüsusiyyətlər Təsvir
Zülal 33.5 %
Yağlıq 15 %
Kül 7 %
Lif 2.8 %

Latest Reviews

No Review
0

You May Also Like

Online Saytımız Təzliklə Xidmətinizdə

Online Saytımız Təzliklə Xidmətinizdə