Purina Pro Plan DM Diabetes Management Pişiklər Üçün Baytarlı Pəhrizi, 1 kq
Şəkərli diabet (diabetes mellitus) diaqnozu qoyulmuş pişiklər üçün xüsusi olaraq hazırlanmış premium sinif müalicəvi quru yem. Bu xüsusi formula pişiklərdə qan şəkərinin (qlükoza) səviyyəsini tənzimləməyə kömək edir və klinik olaraq sınaqdan keçirilmişdir Daha ətraflı
Əsas Üstünlükləri və Xüsusiyyətləri:
*Aşağı Karbohidrat Səviyyəsi: Qidalanmadan sonra qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.
*Yüksək Protein tərkibi: Pişiyin əzələ kütləsini qoruyur və insulin ehtiyacını minimuma endirməyə yardımçı olur.
*İnsulin Nəzarəti (Insulin Control): Klinik araşdırmalar göstərir ki, bu yem nizamlı istifadə edildikdə bir çox pişikdə insulin dozasının azaldılmasına şərait yaradır.
*E Vitamini Dəstəyi: Güclü antioksidantlar sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur və immuniteti gücləndirir.
*St/Ox Formulu: Pişiklərdə sidik daşı (struvit və oksalat) yaranma riskini minimuma endirərək sidik-cinsiyyət sisteminin sağlamlığını qoruyur.
Bu məhsul müalicəvi pəhriz yemidir. İstifadə etməzdən əvvəl mütləq baytar həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur!
| Texniki xüsusiyyətlər | Təsvir |
|---|---|
| Xüsusiyyət yoxdur | |
