Purina Pro Plan Veterinary Diets HA Hypoallergenic İtlər Üçün

Stokda var (4 ədəd)
24.30Azn

Hər yaş qrupundan və hər cinsdən olan allergiyalı itlər üçün xüsusi olaraq hazırlanmış tamdəyərli müalicəvi (veterinar) quru pəhriz yemidir. Bu yem, itlərdə qida dözümsüzlüyü, dermatit (dəri qaşıntıları) və həzm sistemi problemlərini (qusma, diareya) minimuma endirmək üçün kliniki olaraq sınaqdan keçirilmişdir Daha ətraflı

Seçim

WhatsApp ilə Sifariş
Minimum sifariş məbləği 10 AZN-dir
Yalnız 4 ədəd qaldı!
Bu gün 2 ədəd satıldı
Hazırda 5 nəfər baxır
Kateqoriyalar: İtlər / Quru Yemlər
Etiketlər:
Məhsul kodu: #7613035153509

Əsas Üstünlükləri və Faydaları:

*Hidrolizə Olunmuş Zülal Mənbəyi: Tərkibindəki protein molekulları immun sisteminin reaksiya verməyəcəyi dərəcədə kiçik hissələrə bölünmüşdür. Bu, allergik reaksiyaların qarşısını tamamilə alır.

*Təmizlənmiş Karbohidratlar: Antigenliyi azaltmaq və qida həssaslığı riskini minimuma endirmək üçün yalnız xüsusi seçilmiş karbohidrat mənbəyindən istifadə olunur.

*Yüksək Həzm Olunma: Həssas mədə və bağırsaq problemi olan, qida maddələrini sormağa çətinlik çəkən itlər üçün asan həzm olunan formulaya malikdir.

*Omega-3 Yağ Turşuları: Tərkibindəki təbii iltihabəleyhinə prosesləri maksimuma çatdıran Omega-3 yağ turşuları dərinin bərpasına və qaşıntıların azalmasına kömək edir.

*Dəri Baryerinin Dəstəklənməsi: Sink, Vitamin A və Omega-6 yağ turşuları ilə zənginləşdirilmiş tərkib itin tüklərinin parlaq, dərisinin isə sağlam olmasını təmin edir.

İstifadəsinə Göstərişlər :

*(İndikasiyalar)Eliminasiya (istisna) pəhriz sınaqları üçün (allergiyanın diaqnozu zamanı)

*Qida allergiyasına bağlı dermatit və mədə-bağırsaq pozuntuları

*Qida dözümsüzlüyü (İntolerans)Xroniki bağırsaq iltihabı (IBD)

*Pankreatit

Tərkibi və Analitik Komponentlər:

Tərkibi: Qarğıdalı nişastası (təmizlənmiş karbohidrat), hidrolizə olunmuş soya zülalı, minerallar, kokos yağı, raps yağı, sellüloza, soya yağı, balıq yağı.

Analitik tərkib: Zülal (Protein) 21%, Yağ 10.5%, Xam kül 6%, Xam lif 2%

Texniki xüsusiyyətlər Təsvir
Xüsusiyyət yoxdur

Son Şərhlər

Şərh Yoxdur
0

Tez-tez birlikdə alınır

Ümumi qiymət:
Minimum sifariş məbləği: 10Azn

Daha çox Purina

Bəyənə biləcəyiniz