Renal Canin Renal Pişiklər Üçün Pəhriz Yem
Pişiklər üçün böyrək xəstəlikləri zamani baytarlıq pəhrizi quru yem Daha ətraflı
Məhsulun təsviri
Royal Canin Renal Special Feline Pişik üçün xroniki böyrək çatışmazlığında baytarlıq pəhrizi. İştaha azalmış yetkin pişiklər üçün tam rasionlu quru yem kəskin və ya xroniki böyrək çatışmazlığında böyrək funksiyasını qorumaq üçün nəzərdə tutulub. Məhsul formulu xroniki böyrək çatışmazlığında böyrək funksiyasını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır. Tərkibində fosforun miqdarı azdır, antioksidantlar, EPA və DHA yağlı turşular daxildir. Xroniki böyrək çatışmazlığında böyrəklər fosforu düzgün şəkildə çıxarma qabiliyyətini itirir. Məhsuldakı aşağı fosfor miqdarı xəstəliyin inkişafını ləngidir. Uyğunlaşdırılmış balıq yağı tərkibli (əsas yağ turşuları EPA və DHA mənbəyi) pəhriz yem ilə bəsləndikdə yumaqcıqlı filtrasiyasının sürəti artır. Böyrəklərin həddindən artıq yüklənilməsi uremik böhrana səbəb ola bilər. Yüksək keyfiyyətli və uyğunlaşdırılmış zülal tərkibi böyrəklərə düşən yükü azaltmağa kömək edir. Yemdə olan zülal miqdarı minimum tələbləri əhəmiyyətli dərəcədə aşırsa, böyrəklərin ifrazat funksiyası azalaraq, azot parçalanma məhsulları bioloji mayelərdə toplanır. XBÇ metabolik asidoza səbəb ola bilər, buna görə tərkibinə qələviləşdirici maddələr daxildir. Böyrəklər turşu-qələvi balansının qorunmasında mühüm rol oynayır. Böyrəklərin funksiyasının pozulması, hidrogen ionlarını çıxarma və bikarbonat ionlarının reabsorbsiya edilmə qabiliyyəti azalır və buna görə metabolik asidoz riski yüksəlir. Xroniki böyrək çatışmazlığı olan heyvanlarda iştahasızlıq, qida dözümsüzlüyü və anoreksiya olduqca tez-tez müşahidə olunur. Xüsusi hazırlanmış ətir profili, pişiyin xüsusi dad üstünlüklərini təmin etməyə kömək edir.
Göstərişlər: xroniki böyrək çatışmazlığı, böyrək funksiyası pozulmuş pişiklərdə kalsium oksalat daşının yaranmasının qarşısının alınması, sidiyin pH səviyyəsinin azalması nəticəsində yaranan urolitiyazın (urat, sistin) təkrar yaranmasının qarşısının alınması.
Əks göstərişlər: hamiləlik, laktasiya, böyümə.
Tərkibi
Düyü, dehidratlaşdırılmış heyvan zülalları (donuz əti), qarğıdalı yağı, qarğıdalı, heyvan piyləri, qarğıdalı qlüteni, bitki lifi, hidroliz edilmiş heyvan zülalları (dadvericilər), mineral maddələr, buğda qlüteni, kasnı ekstraktı, balıq yağı, soya yağı, fruktooliqosaxaridlər, bağayarpağı qabığı və toxumları, Tagetes erecta ekstraktı (lüteyin mənbəyi).
Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.
Nəyə görə Renal Canin Renal Pişiklər Üçün Pəhriz Yem məhsulunu seçməlisiniz?
- Balanslı qida tərkibi
- Vitaminlər və minerallarla zəngin
- Sağlam həzm sistemi üçün
- Gündəlik enerji ehtiyacını qarşılayır
- Keyfiyyətli inqrediyentlər
Kateqoriya: Pişiklər > Quru Yemlər
Renal Canin Renal Pişiklər Üçün Pəhriz Yem - pişiklər üçün keyfiyyətli premium yem, təbii tərkib, sağlam qidalanma. Zoo28.az-da pişiklər üçün ən yaxşı məhsulları sərfəli qiymətə əldə edin. Bakıda pulsuz çatdırılma mövcuddur.
| Texniki xüsusiyyətlər | Təsvir |
|---|---|
| Protein | 25 % |
| Yağlıq | 15 % |
| Lif | 6.3 % |
| Rüstubət | 8 % |
Son Şərhlər
Tövsiyə edirəm
Nihad Feb 17, 2026Baytarımın tövsiyəsi ilə aldım, çox faydalı oldu. Heyvanım çox sevdi.
Məmnunam
Günel Feb 17, 2026Bu yemi aldıqdan sonra heyvanımın xəzi daha parlaq oldu. Keyfiyyət əladır.

.jpg)
Gözəl məhsul
Yeganə Feb 17, 2026Uzun müddətdir istifadə edirəm, nəticədən razıyam. Qiymət-keyfiyyət nisbəti əladır.